Azedu.az

İbtidai siniflər üçün əlavə yaz tətili başladı

Məktəblər

1 May 2019, 00:03
İbtidai siniflər üçün əlavə yaz tətili başladı

Bu gün ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.

AzEdu.az xəbər verir ki,  bu, həmçinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir. 16-20 noyabr payız tətili, 27-31 yanvar qış tətili, 1-5 may ibtidai siniflər üçün  əlavə yaz  tətili müəyyən edilib.

Hərbi hissədə partlayış - Fövqəladə vəziyyət elan olundu
Son xəbərlərDaha çox