Azedu.az

IV Məktəblilərarası Məntiq Olimpiadasının keçiriləcəyi tarix açıqlandı

Məktəblər

30 Aprel 2019, 14:40
IV Məktəblilərarası Məntiq Olimpiadasının keçiriləcəyi tarix açıqlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə gerçəkləşdirilən məktəblilərarası IV Məntiq Olimpiadasının ilk mərhələsi mayın 4-də keçiriləcək.

Bu barədə AzEdu.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib

Bildirilib ki, olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

Olimpiadada ümumi təhsil məktəblərinin V-VI sinif şagirdləri iştirak edə bilərlər. 

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox