Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün sənəd qəbulu davam edir.
DİM-dən AzEdu.az-a verilən məlumata görə, Jurnalistika ixtisasını seçən abituriyentlər 29 iyul-01 avqust tarixlərində qeydiyyatdan keçməlidirlər. Jurnalistika ixtisası üçün qeydiyyatdan keçən abituriyentlər ərizələrində digər ixtisaslarla yanaşı Jurnalistika ixtisasını da seçə bilərlər.
Qeyd edək ki, sənəd qəbulu martın 29-da başlayıb və aprelin 30-dək davam edəcək. Abituriyentlər göstərilən tarixədək elektron ərizələrininin təsdiqini təmin etməlidirlər.
Nəzrin Rüstəmova