Azedu.az

Uşağı başqa ərazidəki “rus məktəbi”nə yerləşdirmək olar? – I sinfə qəbul

Məktəblər

30 Aprel 2019, 13:22
Uşağı başqa ərazidəki “rus məktəbi”nə yerləşdirmək olar? – I sinfə qəbul

 

 I sinfə elektron sistem vasitəsilə qəbul davam edir. Aprelin 29-na  olan məlumata əsasən, artıq paytaxt məktəblərinin I sinfinə elektron qeydiyyatı üzrə 38 443 sorğu yerləşdirilib.

Elektron qeydiyyat prosesində sistem istifadəçini addımbaaddım izləsə də, valideynlərin sualları bitmək bilmir. Onların bəziləri də məktəbəhazırlıq qruplarında təhsil almış azyaşlıların qəbulu ilə bağlıdır.

Sual:

-Övladım bu il hazırlıq qruplarına qəbul edilməlidir. Amma yaşadığımız ərazidə yalnız 1 məktəbdə rus bölməsi var. Orada da hazırlıq qrupları yaradılmayacaq. Övladımı yaşadığım əraziyə yaxın olmasa da, başqa məktəbə yerləşdirə bilərəm?

Cavab:

-Bəli. Övladınızı başqa bir məktəbin Rus bölməsinə yerləşdirə bilərsiniz. Ərazi prinsipi məktəbəqəbul prosesinə tətbiq edilir və bundan yalnız qəbulu üstünlük hüququ əsasında aparan məktəblər yararlanırlar.

Məktəbəhazırlığı Rus bölməsi üzrə keçən azyaşlı gələcəksə I sinfə qəbulda nitq bacarıqlarının yoxlanılması üçün müsahibədə iştirak etmədən həmin bölməyə qəbul ediləcək. Məktəbəhazırlıq qruplarına qəbulun isə may ayında başlanması nəzərdə tutulub.

Qeyd edək ki, I sinfə qəbulda hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyənlər Bakı şəhərinin hər inzibati rayonunda vətəndaşlara kömək məqsədilə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

 

Hərbi hissədə partlayış - Fövqəladə vəziyyət elan olundu
Son xəbərlərDaha çox