Azedu.az

Nazir Ceyhun Bayramov ADNA-dakı terror qurbanlarının xatirəsini andı - FOTOLAR  

Elm və Təhsil Nazirliyi

30 Aprel 2019, 11:57
Nazir Ceyhun Bayramov ADNA-dakı terror qurbanlarının xatirəsini andı - FOTOLAR  

Təhsil naziri ADNA faciəsi qurbanlarının xatirəsini anmaq üçün universitetə gedib.

AzEdu.az xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramov 10 il bundan əvvəl ADNA-da (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) baş vermiş terror hadisəsi nəticəsində həlak olan tələbə və müəllimlərin xatirəsini anıb.

Qeyd edək ki, bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən qətliamdan 10 il ötür. Hər kəsi dəhşətə gətirən hadisə 2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verib. ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə ”Makarov” tipli tapançadan atılan atəşlə xəsarət yetirib. Nəticədə 12 nəfər dünyasını dəyişib, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox