Azedu.az

UNESCO-ya üzvü olan təhsil müəssisələrinin toplantısı keçirilib

Məktəblər

27 Aprel 2019, 17:46
UNESCO-ya üzvü olan təhsil müəssisələrinin toplantısı keçirilib

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) UNESCO-nun assosiativ məktəblər şəbəkəsinə (ASPnet) üzv məktəblərin əlaqələndiricilərinin illik toplantısı keçirilib.

TİPİİ-dən AzEdu.az-a bildirilib ki, toplantı həm ölkədaxili, həm də qlobal əməkdaşlığın yeni forma və məzmunda təşkili üçün təkan rolunu oynayır.

ASPnet-in Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Lənkəran təmsilçiləri il ərzində görülmüş işlər barədə hesabat veriblər. Təmsilçilər ASPnet üçün portaldan istifadəyə aid tətbiqi təlimatla tanış olub, məktəblərinin fəaliyyətini dünyadakı tərəfdaşlarına təqdim etmək, yeni əməkdaşlıq qurmaq yolları barədə fikir mübadiləsi aparıb, mövcud onlayn resurslar barədə informasiya alıblar.

ASPnet-in əsası 1953-cü ildə qoyulub. Bu, 182 ölkədə 10000-dən çox təhsil müəssisəsini birləşdirən qlobal şəbəkədir. Azərbaycanın 18 təhsil müəssisəsi bu şəbəkənin üzvüdür.

Azərbaycanda ASPnet-in işi şəbəkə üzvü olan Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən koordinasiya edilir.

Ölkələr birləşdi-Rusiyaya böyük hücum başlayır
Son xəbərlərDaha çox