Azedu.az

Məktəbliləri daşaıyan mikroavtobus qəzaya uğradı

Məktəblər

26 Aprel 2019, 23:45
Məktəbliləri daşaıyan mikroavtobus qəzaya uğradı

Yevlaxda məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb. AzEdu.az  "Report"a istinadən xəbər verir ki, hadisə Yevlax şəhərində, Bayraq Meydanının yaxınlığında qeydə alınıb.

 

Bakıdan Gəncə istiqamətinə hərəkətdə olan "Mercedes" markalı mikroavtobusun yük maşınınla toqquşması nəticəsində 3 nəfər, 1991-ci il təvəllüdlü İlyas Ramiz oğlu İlyaslı, 1963-cü il təvəllüdlü Təranə Paşayeva və 2006-cı il təvəllüdlü Polad Niyazlı müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya aparılıb.

 

Qeyd edək ki, qəzaya düşən mikroavtobus Bakı şəhərində məktəblilər üçün təşkil olunmuş idman yarışından qayıdan məktəbliləri onların müəllimləri və valideyinlərini daşıyırmış.

 

Faktla bağlı araşdırma aparılır.

 

Ölkələr birləşdi-Rusiyaya böyük hücum başlayır
Son xəbərlərDaha çox