Azedu.az

Cəlilabadda məktəblilərə internetdəki təhlükələrdən danışılıb

Məktəblər

26 Aprel 2019, 22:31
Cəlilabadda məktəblilərə internetdəki təhlükələrdən danışılıb

Cəlilabad rayonunda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom MMC tərəfindən Ə.Kərimov adına Gülməmmədli kənd orta məktəbində "İnternetdə olan imkanlar və təhlükələr" adlı seminar keçirilib. AzEdu.az "Report"a istinadən xəbər verir ki,  layihənin məqsədi kənd yerlərində yaşayan məktəblilərin internetdən səmərəli istifadəsinin təmin edilməsi, kibertəhlükəsizlik texnologiyaları sahəsində praktiki və nəzəri biliklərin artırılmasıdır. Seminar 3 mövzudan - rabitə və internet haqqında ümumi məlumat, internetin imkanları təhlükələri mövzularından ibarət olub. Tədbirin sonunda iştirakçıların mövzular üzrə sualları cavablandırılıb.

Qeyd edək ki, belə seminarlar digər bölgələrdə də həyata keçirilib.

Ölkələr birləşdi-Rusiyaya böyük hücum başlayır
Son xəbərlərDaha çox