Azedu.az

İstedadlı uşaqlar birbaşa II sinfə necə qəbul oluna bilərlər? –Rəsmi prosedur qaydaları

26 Aprel 2019, 17:00
İstedadlı uşaqlar birbaşa II sinfə necə qəbul oluna bilərlər? –Rəsmi prosedur qaydaları

Elektron sistem vasitəsilə I sinfə qəbul valideynlərdə bir sıra suallar yaradıb. Onlar arasında istedadlı şagirdlərin birbaşa II sinfə qəbulu ilə bağlı məlumatlar da dolaşmaqdadır. Buna görə də əksər valideynlər övladlarının orta məktəbi tez bitirməsinə çalışır, bu məqsədlə onların birbaşa II sinfə qəbulu ilə bağlı suallar verirlər.

Sual:

-Azyaşlı xüsusi istedada malikdirsə, onu məktəbəqəbulda 1 il yuxarı sinfə yerləşdirmək mümkündürmü?

Cavab:

- “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 11-ci bəndinə əsasən ölkəmizdə ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan  uşaqlar məktəbə qəbul edilirlər.

Məsələ Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də AzEdu.az-ın sorğusuna cavab olaraq münasibət bildirilib.

Amma Təhsil nazirinin 1 may 2015-ci il tarixli əmri ilə təsdiq edilən “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin eksternat təhsilalma formasında vaxtından əvvəl bitirilməsi Qaydaları”nın 2-ci bəndinə əsasən, ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmə yalnız ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə isə X sinif şagirdlərinə şamil olunur.

Bunun üçün isə hər il noyabrdan gec olmayaraq, müəllim və məktəb psixoloqu direktora əsaslandırılmış birgə təqdimat ünvanlamalıdırlar. Məsələ valideynin də iştirakı ilə Pedaqoji Şurada müzakirə olunub, müvafiq qərar qəbul edilir və yerli təhsili idarəetmə orqanı həmin təqdimatla əlaqədar komissiya təşkil edir. Komissiyanın rəyi müsbət olduqda məktub Təhsil Nazirliyinə göndərilir və məktəb rəhbərliyi şagirdin ikinci yarımildən növbəti sinifdə təhsilini davam etdirməsinə razılıq verilməsi barədə yazılı məlumatlandırılır

Qeyd edək ki, ümumi orta və tam orta təhsil səviyyələrini vaxtından əvvəl bitirən şagirdlərin VIII, X sinif üzrə illik qiymətləri isə onların I yarımildə aldıqları qiymətlər hesab olunur.

 

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox