Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçimi elan edir.
DİM-dən AzEdu.az-a verilən məlumata görə, bu dəqiqələrə əsasən, ümumilikdə 39 nəfər ərizəsini təsdiqləyib. Bu say Azərbaycan bölməsi üzrə 34, rus bölməsi üzrə isə 5 nəfər qeydiyyatdan keçib.
Qeyd edək ki, II mərhələ üzrə ərizələrin qəbulu aprelin 26-dan mayın 7-nə qədər davam edəcək.