Azedu.az

DİM-in mayda keçirəcəyi vacib imtahanların siyahısı-TƏQVİM

Buraxılış İmtahanları

Dövlət İmtahan Mərkəzi (DİM)

24 Aprel 2019, 14:43
DİM-in mayda keçirəcəyi vacib imtahanların siyahısı-TƏQVİM

2019-cu ildə keçiriləcək imtahanların tarixləri Dövlət İmtahan Mərkəzi tərəfindən bir neçə müddətdir ki, açıqlanıb.

AzEdu.az DİM-in rəsmi saytına istinadən, mayda təşkil olunacaq imtahan və tədbirlərin təqvimini diqqətə çatdırır:

1-3 may - Bakalavrların jurnalistika üzrə qabiliyyət imtahanı ( Magistratura);

4 may - SAT imtahanı (SAT SUBJECT);

5 may - Elektron ərizələrini 15 mart - 15 aprel saat 23:59-dək təsdiq edən rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı ( 1-ci imtahan, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, orta ixtisas təhsili müəssisələrinə qəbul üçün);

5 may - Ümumi (9 illik) orta təhsil bazasında tədrisi Azərbaycan dilindən fərqli dildə olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı;

5 may-Tam (11 illik) orta təhsil bazasında tədrisi Azərbaycan dilindən fərqli dildə olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı;

5 may- İnzibati vəzifələr üzrə müsabiqənin test imtahanı, A növü (Dövlət qulluğu);

8 may-  15 mart - 15 aprel 23:59-dək elektron ərizələrini təsdiq edən, lakin 1-ci imtahanda "qeyri-məqbul" qiymət alan və ya iştirak etməyən abituriyentlər üçün "Azərbaycan dili" imtahanına qeydiyyat;

11 may- TOEFL imtahanı;

12 may- I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı;

18 may - TOEFL imtahanı;

19 may- II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanı;

20-25 may- Magistratura imtahanına buraxılış vərəqəsinin çap edilməsi (II mərhələ);

26 may - 8 - 14 may tarixlərində qeydiyyatdan keçən abituriyentlər üçün Azərbaycan dili imtahanı (2-ci imtahan);

29 may -  68, 69, 70-ci proqramı seçən bakalavrların qabiliyyət imtahanı (Magistratura);

30 may - Ərizələrində bakalavr səviyyəsinə qəbul imtahanlarının birincisində iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin ikinci imtahanda da iştirak etmək üçün elektron qeydiyyatı.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox