Azedu.az

Məktəbəhazırlığı digər dildə oxuyanlar Azərbaycan bölməsində təhsil ala bilər? - I sinfə qəbul

24 Aprel 2019, 11:00
Məktəbəhazırlığı digər dildə oxuyanlar Azərbaycan bölməsində təhsil ala bilər? - I sinfə qəbul

I sinfə elektron sistem vasitəsilə qeydiyyat davam edir. Sistem istifadəçini addımbaaddım izləsə də, valideynlərin sualları bitmək bilmir. Ən çox verilən suallar isə digər dillərdə tədrislə bağlıdır.

AzEdu.az ən çox vrilən sualları cavablamaqda davam edir:

Sual:

Məktəbəhazırlıq qrupunda digər dildə tədris alan azyaşlının başqa məktəb seçmək hüququ varmı?

Cavab:

Bəli. Amma bunun üçün sistemə əvvəl yerləşdirilmiş sorğu ləğv olunmalı, daha sonra sonra kateqoriyasından asılı olaraq yeni məktəb seçilməlidir. Məktəbəhazırlıq qrupunda təhsil alan uşağın müsahibə mərhələsində iştirak etməsinə isə ehtiyac yoxdur.

Məktəbəhazırlığı Azərbaycan dilində keçənlər isə orta təhsili digər dildə almaq istədikdə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibədə iştirak etməlidirlər. Müsahibədə uğur qazandıqdan sonra isə sistemə daxil olaraq, istədikləri məktəbə sorğu yerləşdirə bilərlər

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox