Neftçala şəhər 1 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid Gülağa oğlu İmanovun adı verilib.
AzEdu.az-ın məlumatına görə, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Neftçala Rayon İcra Hakimiyyəti və Təhsil Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmələri tapşırılır.
Samid İmanov 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.