Azedu.az

Dövlət qulluğuna qəbul imtahanının proqramında DƏYİŞİKLİK EDİLDİ

Maraqlı

Dövlət qulluğu

Dövlət İmtahan Mərkəzi (DİM)

22 Aprel 2019, 16:40
Dövlət qulluğuna qəbul imtahanının proqramında DƏYİŞİKLİK EDİLDİ

Dövlət qulluğuna qəbulun test imtahanının qanunvericilik proqramında dəyişikliklər edilib.

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən verdiyi xəbərə görə, “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 19 fevral 2019-cu il tarixli və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” 19 fevral 2019-cu il tarixli qanunlarının qüvvəyə minməsi ilə əlaqədar dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin qanunvericilik proqramında dəyişikliklər baş verib.

Belə ki, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə” “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu”, “Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə” “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu” ilə əvəz olunub.

Test imtahanı proqramları ilə daha ətraflı Mərkəzin saytında tanış olmaq mümkündür.

Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir
Son xəbərlərDaha çox