Azedu.az

Gələn həftə keçiriləcək imtahan və tədbirlərin tarixləri - TƏQVİM

Dövlət İmtahan Mərkəzi (DİM)

21 Aprel 2019, 14:33
Gələn həftə keçiriləcək imtahan və tədbirlərin tarixləri - TƏQVİM

Dövlət İmtahan Mərkəzi 2019-cu ildə keçiriləcək bir çox imtahanın dəqiq tarixlərini açıqlayıb.

AzEdu.az çoxsaylı sualları nəzərə alaraq, DİM-in saytına istinadən gələn həftə keçririləcək imtahan və tədbirlərin təqvimini təqdim edir:

26 aprel - Magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrların ərizələrinin onlayn qəbulu (II mərhələ);

28 aprel - Orta ixtisas təhsili müəssisəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan və ya rus dili imtahanı;

28 aprel - 11-ci sinif cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

28 aprel - Cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

28 aprel - Buraxılış imtahanları, tam orta təhsil bazasında (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün);

28 aprel - Orta ixtisas təhsil müəssisələrinə tam (11 illik) orta təhsil bazasında qəbul imtahanı (əvvəlki illərin məzunları);

28 aprel - Əvvəlki illərin məzunları üçün qəbul imtahanı,  I-IV ixtisas qrupları üzrə I mərhələ və V qrup üzrə.

Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!
Son xəbərlərDaha çox