Azedu.az

Buraxılış imtahanlarının cavabları bu tarixdə açıqlanacaq

Buraxılış İmtahanları

19 Aprel 2019, 15:38
Buraxılış imtahanlarının cavabları bu tarixdə açıqlanacaq

"Bütün zonalar üzrə IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələri yaxın 10 gün ərzində elan olunacaq"

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin rəsmi feysbuk səhifəsindəki canlı yayımda DİM-in bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərin hazırlanması üzrə sektor müdiri Aydın Qasımov deyib. Onun sözlərinə görə, yoxlama prosesi artıq yekunlaşma mərhələsindədir:

"4 zona üzrə keçirilən (3, 10, 17 və 31 mart) imtahanlarda ümumilikdə 6 milyondan çox yoxlama işi həyata keçirilir. İkinci zona üzrə, yəni 10 martda təşkil olunan  buraxılış imtahanlarının nəticləri gələn həftənin əvvəllərində açıqlanacaq. Bütün zonalar üzrə nəticələr isə yaxın 10 gün ərzində elan olunacaq".

Qeyd edək ki, 3 martda birinci zona üzrə keçirilən buraxılış imtahanlarının cavabları 18 apreldən etibarən DİM-in saytına yerləşdirilib. 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox