Bakı Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib.
Universitetin mətbuat xidmətindən AzEDU.az-a verilən məlumata əsasən, Elm və innovasiyalar üzrə prorektor Aydın Kazımzadə 2017-ci ildə BDU-da yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələri haqqında hesabatla çıxış edib.
Həmin elmi nailiyyətlərə görə, BDU-nun Kimya və Fizika fakültələrinin Nanomaterialların kimyəvi fizikası kafedrası, Humanitar fakültələr üzrə Jurnalistika, Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika kafedrası mükafatlandırılıb. Jurnalistika 2017-ci ilin nəticələrinə görə iİlin fakültəsi seçilib.