Növbəti tədris ilindən başlayaraq, Madrid məktəblərində bullinqə (şagirdlərin tədris müəssisələrində tez-tez məruz qaldığı təqib, bezdirmə halları) qarşı mübarizə tədbirləri sərtləşdiriləcək.
AzEdu.az xəbər verir ki, indi bezdirmədə bilavasitə iştirak edənlərlə yanaşı, bu barədə məlumatı qəsdən gizlədənlər də cəzalandırılacaq. Bu, həm şagirdlərə, həm də pedaqoji heyətə aiddir. Məsələn, əgər məktəblilərdən birinin fiziki və ya psixoloji təqibə məruz qaldığını bilən başqa bir şagird bu barədə tədris müəssisəsinin rəhbərliyinə məlumat verməyibsə, onu cəza gözləyir. Belə şagirdlər barəsində onların oyun meydançasına getməsinin qadağan edilməsindən başlamış, 6 gün ərzində dərs məşğələlərindən kənarlaşdırılmaya qədər müxtəlif cəza tədbirləri tətbiq edilə bilər.