Müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən müsabiqə üzrə müsahibə mövzuları elan edilib.
AzEdu.az Azərbaycan bölməsi üzrə 2019-2020-ci tədris ili üçün müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi ilə bağlı müsabiqə mövzularını təqdim edir.
Azərbaycan dili və ədəbiyyat fənni üzrə mövzular:
Sadə cümlənin şəxsə görə növləri. Ümumi şəxsli cümlə;
Zərflik. Zərfliyin məna növləri;
Feli birləşmələr. Feli sifət tərkibi;
H.Cavid “İblis” əsəri;
N.Gəncəvi poemalarında humanizm, demokratiya və gender probleminin qoyuluşu.
Alman dili fənni üzrə mövzular
“DieNationaleFestenvonAzerbaidschan”;
“DieberühmteBerliner Tor”;
“EinGesundesLebensstil”;
“DieModalverben”;
“DasAdjektiv”.
Biologiya fənni üzrə mövzular
Sürünənlər sinfi;
Bitki orqanlarının yeraltı və yerüstü şəkildəyişmələri;
İnsanın sinir sistemi və onun reflektor funksiyası;
Populyasiyanın quruluşu və müxtəlifliyi;
Hüceyrənin öyrənilməsi. Hüceyrə nəzəriyyəsi.
Coğrafiya fənni üzrə mövzular
Coğrafi təbəqə;
Yerin günəş və öz oxu ətrafında hərəkətinin coğrafi
nəticələri;
Hava kütlələri və atmosfer cəbhələri;
Yer qabığında baş verən proseslər;
Yerin planetar inkişaf mərhələsi.
Fizika fənni üzrə mövzular
İstilik tarazlığı. Temperatur;
Elektrik yükü. Elektromaqnit sahəsi;
Mexaniki dalğalar. Mexaniki dalğanın növləri və onu xarakterizə edən fiziki kəmiyyətlər;
İzotoplar;
Nüvə reaksiyası.
Fiziki tərbiyə üzrə mövzular
Mütəhərrik oyunların növləri;
İnsan sağlamlığında bədən tərbiyəsi və idmanın rolu;
Hərəkətin reaksiya tezliyinin inkişaf etdirilməsi;
Texniki fəaliyyət bacarıqlarına yiyələnmə;
Yuxarı ətraf əzələlərinin qüvvəsinin inkişaf etdirilməsi;
Fransız dili fənni üzrə mövzular
“Lesarticlesindéfinis et définis”;.
“Gérondif”;
“Lamusique”;
“SurlaTourEïffel”;
“Monecrivainpréférée”;
İbtidai sinif üzrə mövzular
Sözün quruluşca növləri;
Say;
Felin qrammatik məna növləri;
Məsələ həlli. Tam hissə modeli. Cəm və fərqinə görəməchulların tapılması;
Çoxbucaqlıların perimetri və sahəsi.
İnformatika fənni üzrə mövzular
Say sistemləri;
Alqoritm;
“Verilənlər bazası” anlayışı;
TCP/İP modeli;
Vebproqramlaşdırma nədir.
İngilis dili fənni üzrə mövzular
“FamousAzerbaijanidramatists”;
“EcologicalProblems of theearth”;
“EnjoyEnglishliterature-DanielDefo”;
“Pastperfecttense”;
“Adjective”;
Kimya fənni üzrə mövzular
Kimyəvi tarazlıq;
Oksigenin təbiətdə yayılması və alınması;
Turşular. Tərkibi, təsnifatı, adlandırılması və alınma üsulları;
Alkanların fiziki və kimyəvi xassələri;
Mürəkkəb efirlər. Adlandırılması və izomerliyi.
Musiqi fənni üzrə mövzular
Musiqidə millilik və ümumbəşərilik;
Libretto və balet;
Poyeziya və kantata;
Cahangir Cahangirov və xalq musiqisi;
Bəstəkar Fikrət Əmirov və simfonik muğamlar.
Riyaziyyat fənni üzrə mövzular
Rasional tənliklərin tətbiqi ilə məsələ həlli;
Permutasiya. Kombinezon;
Bucağın tənböləninin qurulması;
Sinuslar teoremi və üçbucağın sahəsi;
Fırlanma fiqurları. Silindr, konus, kürə
Rus dili fənni mövzular
“Легендарнаяличность”;
“Моялюбимаястрана”;
“Родительныйпадеж”;
“Формыглагола”
“Деньнезaвисимости”.
Təsviri incəsənət fənni üzrə mövzular
Təsviri sənətin növləri;
Orta əsr heykəltəraşlığı;
Miniatür rəngkarlığı;
Memarlıqda ornament;
Ömər Eldarov: gözəllik və harmoniya.
Texnologiya fənni üzrə mövzular
İnsan həyatında qidalı maddələr;
Oduncağın əsas fiziki və mexaniki xassəsi;
Dekorativ tətbiqi sənət. Ağac üzərində bədii oyma texnologiyası;
Mədəniyyət müəssisələrində ünsiyyət və davranış mədəniyyəti;
Yun, ipək, pambıq və kətan parçalardan hazırlanmış geyimlərə qulluq.
Tarix fənni üzrə mövzular
Oğuz-Səlcuq axınları;
XVIII əsrin əvvəllərində Səfəvi dövlətinin siyasi vəziyyəti;
Azərbaycan Xalq Cümhuriyyətinin daxili siyasəti;
Qədim Yunanıstanda Solon islahatının nəticələri;
İngiltərə burjua inqilabı.
Qeyd edək ki, Rus bölməsi üzrə də müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən müsabiqə üzrə müsahibə mövzuları elan edilib.