Azedu.az

Təhsil Nazirliyinin nümayəndələri intihar edən şagirdin məktəbində olublar - FOTO  

Məktəblər

12 Aprel 2019, 12:36
  Təhsil Nazirliyinin nümayəndələri intihar edən şagirdin məktəbində olublar - FOTO    
Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin qarşısında Elina Hacıyevanın anım mərasimi keçirilir.
 
AzEdu.az xəbər verir ki, hadisə yerindəki əməkdaşı xəbər verir ki, mərasim aksiya xarakteri daşımır, sadəcə Elinanın xatirəsi yad edilir.
 
Mərasimdə Elinanın yaxınları, qohumları və şagirdlər iştirak edirlər. Anım mərasiminin iştirakçıları məktəbin qarşısına oyuncaqlar, çiçəklər qoymaqla Elinanın ruhunu yad edirlər. Mərasimdə 70-ə yaxın insan iştirak edir.
 
Hazırda məktəbə giriş qadağan olunub.
 
Əldə etdiyimiz məlumata görə, Təhsil Nazirliyinin nümayəndələri hazırda məktəbdədir.
 
Qeyd edək ki, şagirdlər oyuncaqları, cicəkləri Elinanın özünü atdığı yerə düzmək istəsələr də,  məktəb rəhbərliyi buna mane olur. Elinanın sinif yoldaşlarının isə anım mərasiminə qatılmalarına əvvəlcə icazə verilməsə, hazırda onlar da mərasimdə iştirak edirlər.(lent.az)
Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox