Azedu.az

Məleykə Abbaszadə Qəbələyə vətəndaşlarla görüşə gedir

Dövlət İmtahan Mərkəzi (DİM)

10 Aprel 2019, 12:19
Məleykə Abbaszadə Qəbələyə vətəndaşlarla görüşə gedir

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Qəbələ rayonunda vətəndaşları qəbul edəcək.

DİM-dən AzEdu.az-a bildirilib ki, vətəndaşların qəbulu aprelin 19-da saat 11:00-də Qəbələ şəhər Mədəniyyət Mərkəzində (Qəbələ, 28 may küçəsi, 40, H.Əliyev parkının yaxınlığında) keçiriləcək.

Qəbulda Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayon sakinləri, o cümlədən həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (//eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Şəki və Göyçay regional bölmələrinə müraciət etmələri (əlaqə tel: (024 244 66 14 – Şəki RB, 020 274 66 74 – Göyçay RB) xahiş olunur.

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayon təhsil şöbələrinin rəhbərliyinə müraciətə edə bilərlər.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir
Son xəbərlərDaha çox