Azedu.az

Orta məktəblərdə din tədris edilərsə... -  İlahiyyatçı  

Məktəblər

9 Aprel 2019, 14:58
Orta məktəblərdə din tədris edilərsə... -  İlahiyyatçı  

Orta məktəblərdə dini tədrisin və ya məlumatlandırmanın olmaması bir çox fəsadlara yol açır”. 

AzEdu.az Cebhe.info-ya istinadən xəbər verir ki, bu fikirlə ilahiyyatçı Tural İrfan çıxış edib. O bildirib ki, dünyəvi qanunlarda qadağan olunan əməllərin böyük əksəriyyəti İslam dinində də haram və qadağan hesab edilir: 

“Bu yaxınlarda Qazaxıstanda ruhanilərin rüşvətin haram olması və fəsadları mövzusunda xütbələr oxumasına qərar verildi. Ölkəmizdə rüşvət əleyhinə mübarizə aparıldığı bir zamanda yaxşı olardı ki, bizim ruhanilər üçün də belə tapşırıqlar verilsin. Hazırda bir çox məscid imamları məzhəbçiliyi, xurafatı, bəzi hallarda da radikallığı önə çəkən moizələrə yol verirlər. Bu moizələr çox zaman mətbuatda, saytlarda, sosial şəbəkələrdə, “YouTube”-da yayılır. Bu kimi faydasız və zərərli vərdişlərin əvəzinə insanları elmə, pis vərdişlərdən uzaqlaşmağa, rüşvətdən çəkinməyə təşviq edən xütbələr oxunsa, daha yararlı olardı”. 

Tural İrfan hesab edir ki, orta məktəblərdə intihar halları, narkomaniyaya meyldən uzaqlaşmaq üçün dini məlumatlandırma olmalıdır: 

“Dini məlumatlandırma gələcəkdə fitri ehtiyacdan doğan dini etiqad aclığının səhih qidalandırılmasına, düzgün etiqad yolu seçilməsinə vəsilə olur. Dinin dövlətdən ayrı olması dövlətin dinsiz olması anlamına gəlməməlidir. Min illik mənəvi dəyərlərimizdən ən azı Avropa dəyərlərinin yarısı qədər istifadə edilməlidir. Dinin əxlaqi, mənəvi, tarixi yönlərdən gənclərə düzgün, mötədil, ənənəvi şəkildə aşılanmasına böyük ehtiyac var”. 

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox