Rusiyada paytaxt məktəblərinin birində oxuyan səkkizinci sinif şagirdi ev şəraitində körpə dünyaya gətirib.
AzEdu.az xəbər verir ki, bu barədə “Moskovskiy Komsomolets” yazır.
Nəşrin məlumatına görə, nə 14 yaşlı qızın valideynləri, nə də yeniyetmə özü hamilə olduğunun fərqində olub.
Məsələ ilə bağlı onun valideynləri polis bölməsinə çağırılıb. Onlar qızın oxuyan uşaq olduğunu və polis məktəbinə qəbul üçün hazırlaşdığını bildirib. Valideynlərin ifadəsinə görə, qızları mart ayında məktəbdə tibbi müayinədən keçsə də, həkimlər də onun hamilə olduğundan şübhəyə düşməyib. Bundan başqa, ananın sözlərinə görə, qızın hətta normal menstruasiyası olub.
Onlar qıza qarşı Rusiya Cinayət Məcəlləsinin 134-cü maddəsinin (yetkinlik yaşına çatmamış şəxslə cinsi əlaqə və ya başqa seksual hərəkətlər) tələblərini pozmuş kişinin kimliyini açıqlamaqdan imtina ediblər.