Azedu.az

LDU-da yaradıcılıq festivalının baxış turu keçirilib - FOTO  

Məktəblər

8 Aprel 2019, 14:16
LDU-da yaradıcılıq festivalının baxış turu keçirilib - FOTO  

Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli  lider H.Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş ümumrespublika bədii yaradıcılıq festivalının baxış turu keçirilib.

AzEdu.az xəbəe verir ki, Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ali, orta və ilk peşə təhsilli müəssisələri şagird və tələbələri arasında  bədii yaradıcılıq  festivalının keçirilməsində  əsas məqsəd gənclərimizi milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda incəsənət sahəsindəki istedadları üzə çıxarmaq və inkişaf etdirməkdir.

LDU-nun rektor vəzifəsini icra edən professor Natiq İbrahimov münsiflər heyətinin sədri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran xanım Mahmudovanı  və Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi , bəstəkar Nailə xanım Mirməmmədlini salamladı,  müsabiqədə iştirak edəcək gənclərə  uğurlar  arzuladı. Natiq İbrahimov gənclərin asudə vaxtlarının təşkilində, hərtərəfli formalaşmasında, yaradıcılıq qabiliyyətlərinin üzə çıxmasında bu cür müsabiqələrin əvəzsiz olduğunu, sağlam və yaradıcı təfəkkürlü gənclərə bütün zamanlarda ciddi ehtiyac duyulduğunu bildirib.

Sonra meydan yaradıcı gənclərə verilib. LDU-nun, Astara Pedaqoji , Masallı Regional kollecləri tələbələrinin ifasında mahnılar, şeirlər səsləndi, milli və müasir rəqslər ifa edildi. İstedadı ilə seçilən gənclər mayın 7-də Bakıda keçiriləcək  qala konserdə iştirak etmək hüququ əldə ediblər.

 

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox