Azedu.az

“Autizmli şəxslərin sosial adaptasiyası” adlı dəyirmi masa təşkil olunub  

Məktəblər

8 Aprel 2019, 11:33
“Autizmli şəxslərin sosial adaptasiyası” adlı dəyirmi masa təşkil olunub  

Azəbaycan Universitetində Autizm Maarifləndirmə ayına həsr edilmiş “Autizmli şəxslərin sosial adaptasiyası” adlı dəyirmi masa təşkil olunub.

AzEdu.az xəbər verir ki, tədbiri giriş sözü ilə Sosial işin təşkili kafedrasının müdiri Aygün Musayeva açaraq 2008-ci ildən etibarən BMT-nin təşəbbüsü ilə aprel ayının bütün dünyada Autizm Maarifləndirmə ayı, 2 aprel tarixinin isə Autizm Maarifləndirmə Günü olaraq qeyd olunduğunu bildirib. Məqsəd insanları autizm haqqında maarifləndirmək və problemə diqqət çəkməkdən ibarətdir.

Xarici dillər kafedrasının müdiri Samirə Məmmədova autizmin rəngi və “Göy işıq yandır” layihəsi haqqında məlumat verərək bildirib ki, 2010-cu ildən etibarən hər il nüfuzlu autizm tədqiqat və təhsil təşkilatı olan Autism Speaks ("Autizm danışır") təşkilatının təşəbbüsü ilə dünyada məşhur abidələr və görkəmli yerlər də 2 aprel tarixində mavi rəngdə işıqlandırılır.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin klinik psixoloqu Şahin Əliyev Autizmli şəxslərin sosial adaptasiyasında psixoloq xidmətinin rolu, loqoped Mina Abdullayeva isə Autizmli şəxslərin sosial adaptasiyasında loqoped xidmətinin rolu mövzusunda çıxış ediblər.

Azərbaycan Universitetinin tələbəsi Rahid Qaraşlı (Sosial iş) Autizmli şəxslərin sosial adaptasiya problemləri adlı təqdimat edib. Nurlan Vəlizadə (Tərcümə) isə autizm haqqında ingilis dilində məlumat verib.

Sosial işin təşkili və Xarici dillər kafedralarının təşkilatçılığı ilə keçirilən tədbirdə əməkdar artist Tünzalə Ağayevanın autizmli uşaqlara həsr etdiyi “Fərqliyəm” videoklipi nümayiş olunub.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox