Ağdaş rayonunda canavarlar xırda buynuzlu heyvanları parçalayıb.
AzEdu.az xəbər verir ki, ONA-nın yerli bürosunun məlumatına görə bu gün rayonun Yenicə kənd orta məktəbinin direktoru Cəmil İbrahimova məxsus qoyunlar örüş sahəsində olarkən qəflətən canavarların hücumuna məruz qalıb.
Yırtıcılar 2 baş qoyunu öldürüb, 3 baş qoyunu yaralayıb. Məlumata görə, iki gün öncə kəndin daha iki sakininə məxsus 7 baş qoyun canavar hücumuna məruz qalaraq tələf olub.