Azedu.az

Məktəblilər Aprel şəhidi Nurəddin Mirzəyevin məzarını ziyarət etdilər

Məktəblər

5 Aprel 2019, 23:34
Məktəblilər Aprel şəhidi Nurəddin Mirzəyevin məzarını ziyarət etdilər

Bu gün Yardımlı rayonu Ə.H.Mirzəyev adına Honuba kənd tam orta məktəbinin müəllim və şagirdləri şanlı Aprel zəfərinin üçüncü ildönümü münasibəti ilə izdihamlı yürüş keçiriblər. AzEdu.az xəbər verir ki, məktəblilər əllərində üçrəngli Azərbaycan bayrağı  ilə vətənpərvər şüarlar səsləndirərək müəllimləri ilə birgə Honuba kənd  yuxarı məzarlığına gəlib Yardımlının və Honuba kəndinin fəxri, elin qürur yeri və Honuba məktəbinin yetirməsi olan Aprel Şəhidi Nurəddin Mirzəyevin məzarını ziyarət ediblər.

Pedaqoji heyət və məktəblilər Şəhidin məzərı üzərinə tər qərənfillər qoyub, əziz xatirəsinə ehtiramlarını bildiriblər. Bütün Vətən şəhidlərinin müqəddəs ruhlarına dualar oxunub, Vətənimizin fəxri olan Şəhidlərimizin məktəblilərə bir həyat idealı olduğu  və belə oğulları özlərinə nümunə seçmiş sabahın gənclərinin Vətən torpaqlarını mütləq azad edəcəyinə inam ifadə olunub.

Şagirdlər qarşısında çıxış edən məktəbin direktoru Ələddin Astanov bildirib ki, bu gün bizləri bir yumruq kimi, müstəqil dövlət kimi birləşdirən, var edən və qoruyan məhz Vətən yolunda tərəddüdsüz irəli atılan aslanlarımız, Şəhid oğullarımızdır ki, bu müqəddəs nemətdən bizim də yurda, elə pay düşüb: “Nurəddin bütün Azərbaycanın qəlbini fəth edən igidlərdən biridir! Onun bu əlçatmaz zirvəyə yüksəlməsi özlüyündə heç də təəccüb doğurmamalıdır, çünki, bu torpaq onlarla belə Şəhid verib!”

Sonra məzarlıqda uyuyan, 90-cı illərdə Qarabağ savaşlarında qəhrəmancansına döyüşmüş və döyüş tapşırığından qayıdarkən qəzaya düşərək dünyasını dəyişmiş və adı kənd məktəbinə verilmiş Ənvər Mirzəyevin də məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox