Çinin 2016-cı ildən kosmosda sahibsiz dolaşan kosmik stansiyası “Tiangong-1” atmosferə daxil olub. Alimlər kosmik aparatın böyük qisminin yandığını açıqlayıblar.
AzEdu.az xarici KİV-lərə istinadən xəbər verir ki, 8,5 ton ağırlığındakı kosmik stansiya dünyaya gecə saatlarında Sakit okean üzərindən daxil olub. Stansiya tamamilə yanaraq sıradan çıxıb.
Qeyd edək ki, 2011-ci ildə kosmosa göndərilən “Tiangong-1” 2013-cü ildə xidmət müddətini tamamlayıb. 2016-cı ildə isə dünya ilə əlaqəsi tamamilə kəsilib.
Nəzrin Rüstəmova