Azedu.az

Şagird direktor müavinini otağında bıcaqladı  

Məktəblər

Maraqlı

2 Aprel 2019, 21:31
 Şagird direktor müavinini otağında bıcaqladı   

Türkiyənin Kocaeli rayonunun Gəbzə qəsəbəsində Atatürk Anadolu Liseyinin direktor müavini Nəcməddin Quyucu iş otağında bıçaqlanıb.

AzEdu.az DHA-ya istinadən xəbər verir ki, onu 11-ci sinif şagirdi F.C bıçaqlayıb. Aldığı 6 bıçaq zərbəsi ilə ağır yaralanan müavin dərhal xəstxanaya yerləşdirilib. Lakin bütün cəhdlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Cinayəti törədən şagird isə qısa zamanda saxlanılıb.

Məlumata görə, F.C intizamsız hərəkətlərinə görə yanvarda cəzalandırılıb və 3 gün müddətinə dərslərə buraxılmayıb. Bu qərarı verən Nizam-İntizam Komitəsinin rəhbəri isə Nəcməddin Quyucu olub. Cinayətin də intiqam zəminində baş verdiyi ehtimal edilir.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox