UNEC-də tələbələrə təqaüdlər 2 ay gecikdirilib.
Bu barədə sosial şəbəkələrdə müxtəlif məlumatlar əks olunub.
Mövzuyla bağlı UNEC-in İctimaiyyətlə Əlaqələr şöbəsindən AzEdu.az-a verilən məlumata görə, tələbələrin 2 aylıq təqaüdləri dünən hesablarına köçürülüb.
Məlumatda qeyd olunur ki, təqaüdlərin verilməsini Təhsil Nazirliyi həyata keçirdiyindən, gecikmə halları baş verəndə universitet məsələyə müdaxilə edə bilmir.
Qeyd edək ki, təqaüdlərin gecikdirilməsi Bakı Dövlət Universitetində də müşahidə olunur.