Azedu.az

Məhbuslar ali təhsil ala bilərmi? - RƏSMİ cavab

1 Aprel 2019, 12:35
Məhbuslar ali təhsil ala bilərmi? - RƏSMİ cavab

“Həbsxanada olan şəxslər üçün buraxılış imtahanları keçirilsə də, onlar ali təhsil müəssisələrinə qəbul oluna bilmirlər”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyib. Onun sözlərinə görə, məhkumların universitetlərə daxil olması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən imtahan keçirilmir:

“DİM həbsxanalarda olan məktəblərin məzunları üçün buraxılış imtahanları keçirir. Hansısa səbəbdən attestat ala bilməyən şəxslər də, həm IX, həm də XI illik bazadan bu imtahanlarda iştirak edib sənəd əldə edə bilirlər. Ancaq bu buraxılış imtahanlarıdır və məhbuslar ali təhsil müəssisələrinə qəbul oluna bilmirlər”.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox