Azedu.az

Azərbaycanda 9-cu sinif şagirdi yıxılaraq öldü

Məktəblər

31 Mart 2019, 18:00
Azərbaycanda 9-cu sinif şagirdi yıxılaraq öldü

Saatlıda 9-cu sinif şagirdi yıxılaraq ölüb.

 AzEdu.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə bu gün saat 16 radələrində Saatlı rayonu Bəylik kəndində qeydə alınıb. Belə ki, 9-cu sinif şagirdi Tarverdiyev Rüstəm Vüqar oğlu kənd ərazisində olan su bulağının kənarında əyaqqabısını təmizləyərkən anidən arxası üstə yıxılıb. Onu dərhal Sabirabad rayon xəstəxanasına aparıblar. Buna baxmayaraq, Rüstəmin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox