Azedu.az

Vəkil olmaq istəyən 171 nəfər növbəti mərhələyə keçdi

Dövlət qulluğu

Dövlət İmtahan Mərkəzi (DİM)

31 Mart 2019, 11:56
Vəkil olmaq istəyən 171 nəfər növbəti mərhələyə keçdi

Dövlət İmtahan Mərkəzi (DİM) 2019-ci il martın 30-da Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, Vəkillər Kollegiyası ilə birgə keçirilən imtahan saat 10.00-da başlayıb və 3 saat davam edib. İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılıb. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 238 namizəd qeydiyyatdan keçib. 2 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 236 namizəddən 171 nəfər müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.

Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir
Son xəbərlərDaha çox