Azedu.az

I sinifdən Rus bölməsində oxumaq istəyənlərin müsahibəsi bu tarixdə keçiriləcək

Məktəblər

30 Mart 2019, 13:34
I sinifdən Rus bölməsində oxumaq istəyənlərin müsahibəsi bu tarixdə keçiriləcək

I sinfə elektron sistem vasitəsilə qeudiyyat davam edir.

Məlumdur ki, Rus bölməsinə qəbul olunmaq istəyən uşaqlar şifahi nitq bacarıqlarının yoxlanması məqsədilə müsahibə mərhələsində də iştirak etməlidirlər.

AzEdu.az xəbər verir ki, digər dillərdə təhsil almaq istəyən azyaşlıların müsahibəsinə 1 apreldən başlanacaq. Övladı müsahibədən məqbul alan valideynlər mayın 1-dən istədikləri məktəblərə elektron sistem vasitəsilə sorğu yerləşdirə biləcəklər.

Müsahibədən məqbul ala bilməyənlər isə məktəblərin Azərbaycan bölməsinə sorğu yerləşdirməli olacaqlar.

Müsahibələrin keçirilməsi Rus bölməsində daha hazırlıqlı, dil biliyi yüksək olan  uşaqların təhsilinə şərait yaratmaq məqsəilə keçirilir. Həmçinin rus bölməsinə Rus dili biliyi olmayanların qəbulunun qarşısı alacaq.

Qeyd edək ki, müsahibə yalnız şagirdlərin şifahi nitq bacarıqlarını yoxlamaq məqsədi daşıyır. Burada hər hansı bilik yönümlü sualdan söhbət gedə bilməz. Üstəlik, şagird azyaşlı olduğuna görə, müsahibədə valideyni ilə birgə iştirakına icazə verilir.

İran kütləvi dron hücumuna başlayıb - İsraildə panika
Son xəbərlərDaha çox