Bu dəqiqələrə olan göstəricilərə görə, ali məktəblərə qəbul olunmaq üçün I-IV ixtisas qrupları üzrə ümumilikdə, 38.752 nəfər ərizəsini təsdiq edib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Ərizəsini təsdiq edənlərin arasında I ixtisas qrupunun abituriyentləri üstünlük təşkil edir.
Azərbaycan bölməsində:
I ixtisas qrupu üzrə 13.608, rus bölməsi üzrə isə 1.414 nəfər;
II ixtisas qrupu üzrə 7.221, rus bölməsi üzrə isə 889 nəfər;
III ixtisas qrupu üzrə 11.449, rus bölməsi üzrə 900 nəfər;
IV ixtisas qrupu üzrə 2.621, rus bölməsi üzrə isə 362 nəfər ərizəsini təsdiqləyib.
V qrup üzrə ümumilikdə 25.036 nəfər ərizəsini təsdiqləyib.
Yay qəbul imtahanlarında isə 4 ixtisas qrupu üzrə cəmi 288 nəfər qeydiyyatdan keçib.
Qeyd edək ki, sənəd qəbulu aprelin 15-nə qədər davam edəcək.