Bu dəqiqələrə olan göstəricilərə görə, ali məktəblərə qəbul olunmaq üçün I-IV ixtisas qrupları üzrə ümumilikdə, 34.553 nəfər ərizəsini təsdiq edib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Ərizəsini təsdiq edənlərin arasında I ixtisas qrupunun abituriyentləri üstünlük təşkil edir.
Azərbaycan bölməsində:
I ixtisas qrupu üzrə 12.095, rus bölməsi üzrə isə 1299 nəfər;
II ixtisas qrupu üzrə 6477, rus bölməsi üzrə isə 820 nəfər;
III ixtisas qrupu üzrə 10.160, rus bölməsi üzrə 819 nəfər;
IV ixtisas qrupu üzrə 2303, rus bölməsi üzrə isə 323 nəfər ərizəsini təsdiqləyib.
V qrup üzrə ümumilikdə 21.982 nəfər ərizəsini təsdiqləyib.
Yay qəbul imtahanlarında isə 4 ixtisas qrupu üzrə cəmi 257 nəfər qeydiyyatdan keçib.
Qeyd edək ki, sənəd qəbulu aprelin 15-nə qədər davam edəcək.