Azedu.az

I siniflərə qəbulda şəhadətnamə ilə qeydiyyat mümkündür? – Çox verilən suala cavab  

Məktəblər

28 Mart 2019, 09:29
I siniflərə qəbulda şəhadətnamə ilə qeydiyyat mümkündür? – Çox verilən suala cavab  

I sinfə elektron sistem vasitəsilə qeydiyyat davam edir.

Elektron qeydiyyat 2 mərhələdən ibarətdir: Şəxsi kabinet yaratmaq və sistemdə sorğu yerləşdirmək.

Qeydiyyatla bağlı ən çox verilən suallardan biri də proses üçün hansı sənədlərin tələb olunmasıdır. Çoxları Doğum haqqında şəhadətnamə ilə qeydiyyatın mümkün olub-olmadığını soruşurlar.

AzEdu.az bu bununla bağlı yaranan suallara aydınlıq gətirir.

Sistemə daxil olarkən, öncə şəxsi kabinet yaratmaq tələb olunur və bunun üçün “qeydiyyatdan keç” düyməsi göstərilir. Daha sonra açılan pəncərədən müvafiq rayon və təhsil şöbəsini seçdikdən sonra bu 3 sənəddən birini seçmək tələb olunur:

-Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;

-Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşayış üçün icazə sənədi;

-BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının himayə sənədi.

1-ci sənəd Azərbaycan, II sənəd xarici ölkə vətəndaşları, digəri isə məcburi köçkün məktəblərini seçmək istəyənlər üçündür. Daha sonra fərdi məlumatları təsdiq etmək üçün istifadəçi bir neçə mərhələdən keçməli olur. Nəhayət, Şəxsi kabinet aktivləşdirildikdən sonra istifadəçi sistemdə sorğu yerləşdirməli, yəni uyğun məktəbdə qeydiyyatdan keçməlidir. Bunun üçün “uşağı qeydiyyatdan keçirmək” düyməsini sıxmaq lazımdır. Bu zaman açılan pəncərədə isə qohumluq dərəcəsi və bu dörd sənəddən birini seçmək tələb olunur:

-Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;

-Azərbaycan Respublikası vətəndaşının doğum haqqında şəhadətnaməsi;

-Azərbaycan ərazisində müvəqqəti yaşayış üçün icazə sənədi;

-BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının himayə sənədi.

Bu zaman sistem müvafiq sənədin növündən asılı olaraq, FİN kod, sənədin seriya və nömrəsi, verilmə tarixi kimi məlumatları istəyir. Bəzi sənədlər üçün cins və doğum tarixi kimi məlumatları daxil etmək tələb olunur.

Əksər valideynlərin verdiyi suala cavab olaraq bildirək ki, şagirdin doğum haqqında şəhadətnaməsi ilə sonrakı  mərhələ-qeydiyyatdan keçib sorğu yerləşdirmək mümkün olsa da, hələ I mərhələdə, yəni şəxsi kabinet yaradarkən digər 3 sənəddən biri tələb olunacaq. Şəxsi kabinet yaratmaq üçün onlardan yalnız birini seçmək mümkündür.

Qeyd edək ki, qeyd edək ki, məktəbəhazırlıq qrupunda təhsil almış uşaqlar üçün heç bir qeydiyyat tələb olunmur. Onlar yalnız ərizəni çap etməli və sentyabrın 15-dək qəbul olunduqları məktəbə təqdim etməlidirlər.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox