Bu dəqiqələrə olan göstəricilərə görə, ali məktəblərə qəbul olunmaq üçün I-IV ixtisas qrupları üzrə ümumilikdə, 23.035 nəfər ərizəsini təsdiq edib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Ərizəsini təsdiq edənlərin arasında I ixtisas qrupunun abituriyentləri üstünlük təşkil edir.
Azərbaycan bölməsində:
I ixtisas qrupu üzrə 7957, rus bölməsi üzrə isə 967 nəfər;
II ixtisas qrupu üzrə 4270, rus bölməsi üzrə isə 614 nəfər;
III ixtisas qrupu üzrə 6696, rus bölməsi üzrə 587 nəfər;
IV ixtisas qrupu üzrə 1509, rus bölməsi üzrə isə 247 nəfər ərizəsini təsdiqləyib.
V qrup üzrə ümumilikdə 13.876 nəfər ərizəsini təsdiqləyib.
Yay qəbul imtahanlarında isə 4 ixtisas qrupu üzrə cəmi 188 nəfər qeydiyyatdan keçib.
Qeyd edək ki, sənəd qəbulu aprelin 15-nə qədər davam edəcək.