Bu gün Ağcabədidə 14 yaşlı yeniyetmənin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.
AzEdu.az xəbər verir ki, hadisə rayonun Boyat kəndi ərazisində qeydə alınıb.
İxtisasca müəllim olan Gündüz Vətən oğlu Əliyev idarə etdiyi “VAZ-21099” markalı minik avtomobili ilə 2005-ci il təvəllüdlü İbrahim Məhəmməd oğlu Abbasovu vurub. İ.Abbasov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır. (ONA.az)