Azedu.az

Məktəbəhazırlıq oxuyanların rus bölməsinə qəbulu necə aparılır? - Bütün suallara cavab

Məktəblər

26 Mart 2019, 10:01
Məktəbəhazırlıq oxuyanların rus bölməsinə qəbulu necə aparılır? - Bütün suallara cavab

I sinfə elektron sistem vasitəsilə qeydiyyat davam edir.

Ən çox verilən suallar isə digər dildə təhsil almaq istəyənlərə aiddir. Bu, bəzi valideynlərin övladını rus bölməsində oxutdurmaq istəməsi ilə bağlı ola bilər. Övladı məktəbəhəazırlıq qruplarında oxumuş valideynlərin digər dildə təhsili seçməsi isə xeyli suallar doğurur.

Azərbaycan bölməsi üzrə məktəbhazırlıq qrupunda təhsil alan uşaq digər dildə təhsil üzrə məktəbə müsabiqdənkənar qəbul oluna bilər?

AzEdu.az xəbər verir ki, övladı Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qrupunda təhsil alan  valideyn elektron sistemdəki qeydiyyatını ləğv edərək digər dildə tədris aparılan bölmə üzrə sorğu yerləşdirmək istəyərsə, əvvəlcə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibə mərhələsində iştirak etməlidir.

Bundan əlaə, digər dildə məktəbəhazırlıq qrupunda təhsil alan uşaqların sorğusunu ləğv edib, bölmə üzrə başqa məktəb seçmək hüququ da var. Bunun üçün sistemə əvvəl yerləşdirilmiş sorğu ləğv olunmalı, sonra kateqoriyasından asılı olaraq yeni məktəb seçilməlidir. Məktəbəhazırlıq qrupunda digər dildə təhsil alan uşağın müsahibə mərhələsində iştirak etməsinə ehtiyac yoxdur. 

Qeyd edək ki, müsahibə götürüləcək şəxs azyaşlı olduğuna görə, burada vaideynin də iştirakına icazə verilir. Müsahibə zamanı, imtahan tipli, heç bir bilik yönümlü sual verilmir. Yalnız azyaşlının sadə ünsiyyət bacarıqları yoxlanır.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox