Azedu.az

Vakant dövlət vəzifələri üçün növbəti qeydiyyat başa çatıb

9 Aprel 2018, 13:59
Vakant dövlət vəzifələri üçün növbəti qeydiyyat başa çatıb

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 13 fevral 2018-ci il tarixdə elan edilən ümumi müsahibədə iştirak etmək üçün 246 namizəd müraciət edib.

Dövlət İmtahan Mərkəzindən AzEDU.az-a verilən məlumata görə, müsahibələr aprelin 13-dən mayın 16-dək keçiriləcək.

Qeydiyyatdan keçmiş namizədlərlə müsahibələrin keçirilməsinin tarixi və vaxtı barədə qrafiki təqdim edirik:

//eservices.dim.gov.az/dqq/Report/UmMshMshQrafiki?ElanID=6

Ümumi müsahibə – vakant vəzifənin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışan şəxslər tərəfindən tutulması məqsədilə keçirilən müsahibə.

Ərizə qəbulu və müsahibə mərhələsi üzrə statistika ilə buradan tanış ola biləcəksiniz.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox