Bu dəqiqələrə olan göstəricilərə görə, ali məktəblərə qəbul olunmaq üçün I-IV ixtisas qrupları üzrə ümumilikdə, 12.185 nəfər ərizəsini təsdiq edib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Ərizəsini təsdiq edənlərin arasında I ixtisas qrupunun abituriyentləri üstünlük təşkil edir.
Azərbaycan bölməsində:
I ixtisas qrupu üzrə 4072, rus bölməsi üzrə isə 600 nəfər;
II ixtisas qrupu üzrə 2200, rus bölməsi üzrə isə 401 nəfər;
III ixtisas qrupu üzrə 3503, rus bölməsi üzrə 363 nəfər;
IV ixtisas qrupu üzrə 775, rus bölməsi üzrə isə 159 nəfər ərizəsini təsdiqləyib.
V qrup üzrə ümumilikdə 7050 nəfər ərizəsini təsdiqləyib.
Yay qəbul imtahanlarında isə 4 ixtisas qrupu üzrə cəmi 112 nəfər qeydiyyatdan keçib.
Qeyd edək ki, sənəd qəbulu aprelin 15-nə qədər davam edəcək.