Azedu.az

Martın son həftəsi keçiriləcək imtahan və tədbirlərin tarixləri - TƏQVİM

21 Mart 2019, 09:00
Martın son həftəsi keçiriləcək imtahan və tədbirlərin tarixləri - TƏQVİM

Dövlət İmtahan Mərkəzi  2019-cu ildə keçiriləcək bir neçə imtahanın  dəqiq tarixini elan edib.

AzEdu.az çoxsaylı sualları nəzərə alaraq DİM-in rəsmi saytına istinadən  gələn həftə (mart ayının son həftəsi)  keçiriləcək imtahan və tədbirlərin təqvimini təqdim edir.

15 mart - 15 aprel - Ali və orta ixtisas təhsili müəssisələrinə elektron sənəd qəbulu;

31 mart- Əvvəlki ilin məzunları üçün orta ixtisas təhsil müəssisələrinə 9 illik bazada qəbul imtahanı, I mərhələ;

31 mart - 9-cu sinif cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

31 mart - Orta ixtisas təhsili müəssisəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan və ya rus dili imtahanı, I mərhələ;

31 mart - Əvvəlki illərin məzunları və eksternat qaydada imtahan verənlər üçün buraxılış imtahanlarının I mərhələsi keçiriləcək.

TƏCİLİ! ŞOK açıqlama - ABŞ Putini qalib elan etdi
Son xəbərlərDaha çox