Azedu.az

DİM 12 min abituriyentin ərizəsini təsdiq etdi  

Bakalavr və sınaq imtahanları

Buraxılış İmtahanları

Dövlət İmtahan Mərkəzi (DİM)

18 Mart 2019, 18:00
DİM 12 min abituriyentin ərizəsini təsdiq etdi  

Ali təhsilin bakalavr səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) ərizə qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, martın 18-i saat 16:00-a olan məlumata görə, I-IV ixtisas qrupları üzrə ümumilikdə 7533 nəfər (Azərbaycan bölməsi-6225, rus bölməsi-1008) ərizəsini təsdiqləyib.

V qrup üzrə ümumilikdə 4238 nəfər ərizəsini təsdiq edib. Tam orta ixtisas təhsili bazasından kolleclərə qəbul olunmaq üçün müraciət edənlərin ümumi sayı isə 4816 nəfərdir.

Martın 15-dən başlanan sənəd qəbulu aprelin 15-dək davam edəcək.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox