Bu dəqiqələrə olan göstəricilərə görə, ali məktəblərə qəbul olunmaq üçün ümumilikdə 8703 nəfər ərizəsini təsdiq edib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Sənəd qəbulunun 3 gün öncə başlamasına baxmayaraq, ərizəsini təsdiq edənlərin sayı durmadan artır.
Azərbaycan bölməsində:
I ixtisas qrupu üzrə 1804, rus bölməsi üzrə isə 325 nəfər;
II ixtisas qrupu üzrə 1016, rus bölməsi üzrə isə 241 nəfər;
III ixtisas qrupu üzrə 1594, rus bölməsi üzrə 194 nəfər;
IV ixtisas qrupu üzrə 351, rus bölməsi üzrə isə 83 nəfər ərizəsini təsdiqləyib.
V qrup üzrə ümumilikdə 3024 nəfər ərizəsini təsdiqləyib. XI illik bazadan kolleclərə qəbul olunmaq üçün müraciət edənlərin ümumi sayı bu dəqiqələrə görə 3367 nəfər təşkil edir.
Yay qəbul imtahanlarında isə 4 ixtisas qrupu üzrə cəmi 71 nəfər qeydiyyatdan keçib.
Qeyd edək ki, sənəd qəbulu aprelin 15-nə qədər davam edəcək.