Ali məktəblərə qəbul olunmaq üçün bu dəqiqələrə olan göstəricilərə görə, ümumilikdə 4086 nəfər ərizəsini təsdiq edib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Sənəd qəbulunun dünən başlamasına baxmayaraq, ərizəsini təsdiq edənlərin sayı durmadan artır.
Azərbaycan bölməsində:
I ixtisas qrupu üzrə 831, rus bölməsi üzrə isə 145 nəfər;
II ixtisas qrupu üzrə 450, rus bölməsi üzrə isə 119 nəfər;
III ixtisas qrupu üzrə 753, rus bölməsi üzrə 101 nəfər;
IV ixtisas qrupu üzrə 180, rus bölməsi üzrə isə 36 nəfər ərizəsini təsdiqləyib.
V qrup üzrə ümumilikdə 1376 nəfər ərizəsini təsdiqləyib.
Yay qəbul imtahanlarında isə 4 ixtisas qrupu üzrə cəmi 42 nəfər qeydiyyatdan keçib.
Qeyd edək ki, sənəd qəbulu aprelin 15-nə qədər davam edəcək.