İtkin düşən tələbə bir neçə gündür dərslərdə iştirak etməyib.
Bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidmətindən AzEdu.az-a bildiriblər. Məlumatda qeyd olunur ki, Altay Əsgərov Biznes və menecment fakültəsinin II kurs tələbəsidir.
Qeyd edək ki, Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Azər Əsgərov Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə ərizə ilə müraciət edərək, martın 11-də oğlu, 1999-cu il təvəllüdlü Altay Əgərovun İqtisad Universitetinə getmək adı ilə saat 08:00 radələrində yaşadığı evdən çıxıb getdiyini və bir daha geri qayıtmadığını bildirib.
Daxil olan məlumat əsasında axtarışlara başlanılıb.