Azedu.az

Dəhşətin mənfi 27-ci dərəcəsi - Qandonduran görüntülər-VİDEO

26 Fevral 2019, 09:25
Dəhşətin mənfi 27-ci dərəcəsi - Qandonduran görüntülər-VİDEO

Ermənilərin Xocalıda törətdiyi soyqırımından 27 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə qarşı soyqırımı törədib. 

Soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

AzEdu.az Xocalı soyqırımının təfərrüfatlarını əks etdirən videoçarxı təqdim edir:

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox