Amerikanın Maryland əyalətindəki Silver Spring Kitabxanasından 73 il əvvəl götürülən kitab, kitabxanaya bu günlərdə geri qaytarılıb.
AzEdu.az xaricə KİV-ə istinadən xəbər verir ki, 1929-ci ildə nəşr edilən rəsimli uşaq kitabı Postman (Poçtalyon), 73 ildən sonra kitabxanaya poçt vasitəsilə geri qaytarılıb.
Kitabın yanında kiçik qeyd yollayan qadın yazır ki, kitabı onun ailəsi 2-3 yaşlarında olarkən kitabxanadan götürüb. Ailə həmin dönəmlərdə Kanadaya köçdüyü üçün kitabı da özləri ilə götürürlər.