İmtahanda iştirak edənlər, həmçinin digər abituriyentlər, valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahı ilə tanış ola bilərlər.
DİM-dən AzEdu.az-a verilən məlumata əsasən, 1 aprel 2018-ci il tarixində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə keçirilən sınaq imtahanlarında istifadə olunan test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.
(Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal/).
Qeyd edək ki, ixtisas qrupları üzrə test tapşırıqlarının izahı materialında, imtahan fənni, test tapşırıqlarının A və B variantları üzrə sual kitabçasındakı sıra nömrəsi, tapşırıq, onun mövzusu, neçənci sinfə aid olması, izahı və doğru cavabı verilib.